Modern.az

İTV-də 5 aparıcı işdən çıxarıldı

İTV-də 5 aparıcı işdən çıxarıldı

28 Fevral 2014, 15:07

İTV-nin  İnformasiya departamentinin bir qrup əməkdaşı işdən çıxarılıb.  İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub. Məlum olub ki,  tele aparıcılar Tamella Şirinova və Səlminə Ələkbərli və ictimai  radionun aparıcısı   Şakir Qurbanov işindən azad edilib.

AzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: “İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq”.

Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: “Artıq bu gündən İTV-yə işə çıxmıram”.

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib edib: “Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar”. 

“Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar” sualına isə belə cavab verib: “Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır”.

Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.

Modern.az  
Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı