Cenevrə prokurorluğunda Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Yanukoviçin zamanında ofşor zonalara 70 milyard dollar çıxarılıb.
Xatırladaq ki, fevralın 27-də İsveçrənin Xarici İşlər Nazirliyinin nümayəndəsi keçmiş prezidentin İsveçrə banklarındakı hesablarına həbs qoyulacağı haqda da məlumat verib.
Bu gün Avstriya hökuməti Yanukoviçə yaxın olan 18 Ukrayna vətəndaşının hesablarını dondurub.