Modern.az

Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

Təhsil

28 Fevral 2014, 17:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə  fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Modern.az-ın məlumatına görə, müsabiqənin məqsədi vtəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəlililiyin artırılmasına şərait yaradılmasıdər.

Müsabiqənin istiqamət və mövzuları:

Sıra

        İstiqamət

                             Mövzular

1.

Sosial müdafiə sisteminin müasir tələblərə uyğun qurulması və əhaliyə xidmətin təkmilləşdirilməsi

1.      Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir

2.      Sosial müdafiə sistemində islahatlar: Şəffaflıq və keyfiyyətli xidmətə doğru

3.      Dövlət sosial yardım sistemində avtomatlaşdırma şəffaflığın təminatında əsas vasitədir

2.

Vətəndaşların əmək hüquqlarının təminatı, əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi və qeyri-leqal məşğulluğun aradan qaldırılması

1. Əmək müqaviləsi: əməyinə və gələcək sosial təminatına sahib ol!

2. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılması qeyri-leqal məşğulluğun aradan qaldırılmasına yönəlib

3. Sağlam və təhlükəsiz əmək hər bir vətəndaşın hüququdur

3.

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası

1. Sağlamlıq imkanları məhdud olsa   da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil.

2. Bərabər hüquqlar - bərabər imkanlar

3. Sosial infrastruktur həm də əlillərin istifadəsinə uyğun olmalıdır

4.

Sosial təminat  və sosial xidmətlər sisteminə baxış

1. Tənha ahıllarla bağlı dövlət siyasəti milli-mənəvi dəyərlərə əsaslanır

2. Sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması

3. Sosial xidmət müəssisələri dövlət   qayğısı ilə əhatə olunub

5.

İşçi qüvvəsinin müasir əmək bazarına uyğun olaraq keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların aktiv məşğullluq tədbirlərinə cəlb olunması 

1. İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi artırır

2. Peşə standartları peşə təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılmasında əsas baza rolunu oynayır

3. Məşğulluğun təminatında aktiv məşğulluq tədbirləri mühüm önəm kəsb edir

 

Müsabiqə 28 fevral 2014-cü il tarixdə başlayır və 30 may 2014-cü il tarixdə başa çatır. Müsabiqədə mükafatlandırma aşağıdakı kimi olacaq:

I yer - 1000 manat
II yer - 700 manat
III yer - 500 manat
Həvəsləndirici mükafat - 200 manat

Qaliblər həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı