Modern.az

Yanikoviç BƏYANAT verdi: “Məni heç kim devirməyib, mən prezidentəm!”

Yanikoviç BƏYANAT verdi: “Məni heç kim devirməyib, mən prezidentəm!”

Təhsil

28 Fevral 2014, 17:25

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç bu saatlarda Rusiyada – Rostov şəhərində mətbuat konfransə keçiri. Modern.az saytı xəbər verir ki, İTAR-TASS-ın direktor müavini Mixail Qusmanın apardığı mətbuat konfransında Yanukoviç özünü Ukrayna prezidenti kimi təqdim edib.

Mətbuat konfransında Yanukoviç bəyanatla çıxış edib:

“Məni heç kim devirməyib. Həyatıma yaranmış təhlükəsizliyə görə ölkəni tərk etmişəm. Mübarizəni davam etdirərəm”.  Yanokoviç bildirib ki, Ukraynada hakimiyyəti millətçi faşistlər qəsb edib.

Jurnalistin “Siz nəyə görəsə xəcalət çəkirsiniz” sualına cavab olaraq Yanukoviç deyib ki, o, ölkədə sabitliyi qoruya bilmədiyi üçün Ukrayna xalqından üzr istəyir.
Eks-prezident bildirib ki, vəziyyətdən çıxmaq üçün o, müxalifət, Avropa ölkələrinin xarici işlər nazirləri və Rusiyanın iştirakı ilə aparılan danışıqlar çərçivəsində proses davam etməlidir.

Mətbuat konfransı davam edir...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı