
“Mənə avtomatdan atəş açıldı. Məni qoruyan maşın hər tərəfdən atəşə tutldu. Mən qaçmamışam”.
Modern.az saytı xəbər verir ki, bu sözləri də Ukraynanın eks-prezidenti Viktor Yanukoviç bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Kiyevdən Xarkova gəlib.
“Təhlükəsizlik xidməti mənə bildirdi ki, Xarkova radikal əhvallı qruplar gəlir. Təhlükəsizliyim üçün Luqanska uçmaq istədim. Hava limanından dedilər ki, təyyarə Rusiyaya tərəf üz tutsa, qırıclar göyə qaldırılacaq. Mən avtomobillə Krıma gəldim. Ailə üzvlərim mənə zəng vurub hədə-qorxu aldıqlarını bildirdilər. Hətta kiçik nəvəmi belə artıq axtarırdılar. Mən belə vəziyyətə risk edə bilməzidm”.
Yanukoviç deyib ki, Rusiya prezidenti Putinlə hələ görüşməyib: “Rusiya prezidenti Putinlə görüşməmişəm. Telefonla danışdım. Mən bildirdi ki, imkan olan kimi görüş olacaq. Rusiyaya isə vətənprəvər zabitlərin köməyi ilə keçdim”.
Yanukoviç mətbuat konfransında bildirib ki, həmin zabiltər öz borclarını yerinə yetiriblər.
Modern.az