Modern.az

Qaynatasının həyətində özünü yandıran əməliyyat olunacaq

Qaynatasının həyətində özünü yandıran əməliyyat olunacaq

Təhsil

28 Fevral 2014, 18:05

“Qayınatasının həyətində üzərinə benzin tökərək intihara cəhd edən Kürdəmir rayonunun Topalhəsənli kənd sakini, Rahim Abdullayevin vəziyyəti artıq yaxşıdır. Önümüzdəki günlərdə əməliyyat olunduqdan sonra evə yazılacaq. Əməliyyatsız evə yazılması mümkün deyil. Çünki dəri köçürülməsi lazım olan nahiyələr var”. Bunu Modern.az saytına 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov deyib.

Onun sözlərinə görə, Masallıdan  gətirilən ana və 2 uşağın müalicəsi hazırda xəstəxanada davam edir. “Hər üçü reanimasiyadadır. Vəziyyətləri ağır, stabil olaraq davam edir”.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Nəsirova məxsus 3 otaqlı fərdi evdə baş verən partlayış nəticəsində ev sahibinin həyat yoldaşı Faiqə Nəsirova və onun 2 azyaşlı uşağı müxtəlif bədən xəsarətləri alıb. Onlar Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Yardım Tibbi Stansiyasına çatdırılıblar. Qadının vəziyyəti ağır olduğu üçün Bakıya 5 saylı Klinik xəstəxanaya gətirilib.

Gülşən Raufqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı