
““Qanun” nəşriyyatı 150 min cərimə edilib. Mən də şahid qismində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsinə çağırılmışam. Eyni zamanda Vergilər Nazirliyi əməkdaşlarının zorakı yolla sənədlərimizi müsadirə etməsinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciətimiz də təmin edilmədi”. Bunu
Modern.az-a açıqlamasında nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu bildirib. “Kitabı dirildən yeganə nəşriyyatı boğurlar. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?!”, – deyə nəşriyyat direktoru qeyd edib
Misranə Həsənzadə