Modern.az

İki ayda 12 hərbçi itirmişik

İki ayda 12 hərbçi itirmişik

Təhsil

1 Mart 2014, 12:16

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 12 nəfər təşkil edib. Bu
barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 17 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli bildirib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-ü döyüş (erməni gülləsi), 8-i isə qeyri-döyüş itkiləridir.

Yanvar-fevral aylarında 2  nəfər avtoqəzadan, 2 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfərsə
intihar edib. Dünyasını dəyişənlərin 11-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (17 nəfər) C.Sümərinli bildirib ki, onların 7-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si intihara cəhddən, 2-si erməni gülləsindən, 1- nəfər mina partlayışından, 5-i isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət
alıblar. 14 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu,  2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaş erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb. Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçımız avtomobil qəzasından dünyasını dəyişib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı