Modern.az

Deputatdan oğlu ilə bağlı yayılan xəbərlərə REAKSİYA

Deputatdan oğlu ilə bağlı yayılan xəbərlərə REAKSİYA

1 Mart 2014, 13:26


Millət vəkili Ayaz Orucov mətbuatda oğlunun olay törətməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Deputat Modern.az-a oğlunun belə bir olayla bağlılığını təkzib edib. O, yayılan xəbərləri cəfəngiyyat adlandırıb: “Belə bir hadisə ümumiyyətlə olmayıb. Bunu yayan şəxslər ölkəmizin inkişafını və günü-gündən irəliləyişini gözü götürməyən qüvvələrdir”

Qeyd edək ki, mətbuatda millət vəkili Ayaz Orucovun oğlunun bahalı «Mercedes» avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açması xəbəri yayılıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövslədən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Hadisəni törədən şəxsin kimiliyi məlum olandan sonra işi «sakit» formada həll etməyə qərar veriblər. Hadisə Binəqədi rayon Polis İdarəsində araşdırılıb. Zərərçəkən sürücü 30 min manat kompensasiya aldıqdan sonra iş bağlanıb. 

 

Modern.az
Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı