Modern.az

Azay Quliyev Əliməmməd Nuriyevi təbrik etdi

Azay Quliyev Əliməmməd Nuriyevi təbrik etdi

Təhsil

1 Mart 2014, 20:39

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin 50 yaşı tamam olub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Əliməmməd Nuriyevə təbrik ünvanlayıb. Modern.az bildirir ki, təbrikdə deyilir:

- Sizi 50 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm.

Siz  ölkəmizin ictimai həyatının fəal iştirakçısı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olaraq ölkə ictimaiyyəti arasında nüfuz sahibisiniz. Sevindiricidir ki, səmərəli fəaliyyətiniz Azərbaycanla yanaşı onun hüdudlarından kənarda da tanınır və təqdir edilir.

Azərbaycanda demokratik mühitin inkişaf etdirilməsi, hüquq islahatlarının həyata keçirilməsi və vətəndaş cəmiyyətinin qanunvericilik bazasının möhkəmləndirilməsində xüsusi fəallığı ilə seçilən Konstitusiya Araşdırmaları Fondu rəhbərliyiniz altında böyük uğurlar qazanmış və ölkəmizin nüfuzlu qeyri-hökumət təşkilatlarından birinə çevrilmişdir. Siz Ədliyyə naziri yanında penitensiar xidmətə nəzarət üzrə İctimai Şuranın koordinatoru olaraq neçə illərdir ki, cəzaçəkmə müəssisələrində məhbusların hüquqlarının qorunması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün bacarıq və təcrübənizi sərf edirsiniz.  Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru kimi də çox məsuliyyətli  missiyanız var.

Azərbaycanda demokratik cəmiyyətin möhkəmləndirilməsinə xidmət edən bu fəaliyyətinizin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, şəxsiyyətinizə olan hörmət və ehtiramın daim artdığını görmək bütün dostlarınız üçün qürurvericidir.    

Hörmətli Əliməmməd müəllim!

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasındakı həmkarlarımız adından Sizi 50 illik yubileyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram”. 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı