Modern.az

Putin Obama ilə Ukraynanı müzakirə etdi: “Rusları qorumaq bizim borcumuzdur”

Putin Obama ilə Ukraynanı müzakirə etdi: “Rusları qorumaq bizim borcumuzdur”

2 Mart 2014, 18:03

 

 

 

 

 

 

 

 

 

 

Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Barak Obama ilə Ukrayna hadisələrini müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremldən verilən açıqlamada iki dövlət başçısının  Ukraynadakı fövqəladə vəziyyətin müxtəlif aspektləri barəsində fikir mübadiləsi apardığı bildirilib. Məlumata görə Ağ Ev rəhbəri Rusiyanın Ukraynaya qoşun yeritməsindən narahatlığını dilə gətirib. V. Putin isə diqqəti irqçi qrupların Krım hakimiyyətinə qarşı təxribat fəaliyyətlərini həyata keçirəcəyinə diqqət çəkib. Kreml rəhbəri ABŞ prezidenti B. Obamaya bildirib ki, Ukraynada yaşayan rus vətəndaşlar üçün ciddi təhlükələr var. “Krım Muxtar Respublikasında şiddətin tətbiq edilməsi vəziyyətində rusca danışan əhalinin təhlükəsizliyini qorumaq bizim borcumuzdur”-deyə Putin qeyd edib. Bu arada Rusiyanın baş naziri Dmitri Medvedyev də  ukraynalı həmkarı Arseniy Yatsenyukla teıefonla danışıb və Krımdakı rus vətəndaşların haqlarını müdafiə edəcəyini söyləyib. Bununla yanaşı D. Medvedyev Ukrayna ilə əlaqələrin inkişafının vacibliyindən də söz açıb.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı