Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçu camaatla əlaqələrindən söz açıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir əvvəllər nurçularla münasibətlərinin olmasını saf olması ilə əlaqələndirib. “Mən çox saf olmuşam və onlara əlimdən gələn hər cür dəstək vermişəm. Çünki mənə göndərdiyi kitablarında elə mədhiyyələr yazırdı ki, mən onun səmimi olduğunu hesab edirdim”-deyə R. T. Ərdoğan Fətulla Füləni nəzərdə tutaraq bildirib. Baş nazir bununla yanaşı, nurçu camaatın lideri Fətulla Gülənə mesajlar da göndərib və onu Türkiyədə təxribat yaratmamağa çağırıb. “Dürüst və səmimisənsə, bu ölkəni qarışdırma”-deyə Ərdoğan söyləyib.
Modern.az