Modern.az

Azərbaycan 12 illik təhsilə keçir? - Nazirlikdən cavab

Azərbaycan 12 illik təhsilə keçir? - Nazirlikdən cavab

Təhsil

8 Avqust 2025, 10:36

Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Apa-ya bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.

Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:

məktəbəhazırlıq mərhələsi (5 yaş);

ibtidai təhsil (I-IV siniflər);

ümumi orta təhsil (V-IX siniflər);

tam orta təhsil (X-XI siniflər).

"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir