Modern.az

Bakı Ali Neft Məktəbində yeni layihəyə start verilib

Bakı Ali Neft Məktəbində yeni layihəyə start verilib

Təhsil

3 Mart 2014, 10:00

Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidmətinin“Şərqə Doğru” Proqramı çərçivəsində  “Bakı  qış məktəbi “ layihəsi keçirilir. Modern.az saytının məlumatına görə layihə martın 3-dən 14-nə kimi davam edəcək.  Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində bakalavr, magistr və doktorluq  dərəcələri üzrə  təhsil  alan  12 tələbə ilə yanaşı, 5 azərbaycanlı tələbə də iştirak edir.  Layihəyə əsasən  tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Səyanesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçəcəklər. Layihə çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, həmçinin Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq. Bununla bərabər,  “Mart soyqırımı qurbanlarını” yad etmək üçün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək və proqram çərçivəsində Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Səngaçal Neft Terminalı, palçıq vulkanları,  tarixi neft quyuları ilə, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə tanış olacaqlar. Proqramın sonunda iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılacaq. 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı