Modern.az

DİM universitetlərlərin rus bölməsilə bağlı məlumata aydınlıq gətirdi

DİM universitetlərlərin rus bölməsilə bağlı məlumata aydınlıq gətirdi

Təhsil

11 Avqust 2025, 12:24

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən “Abituriyent” jurnalının 4-cü nömrəsində bəzi universitetlərin rus dili bölməsinə birgə ixtisas seçiminin qeyd olunmadığına diqqət edib. 

Bu o deməkdirmi ki, bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub?

Dövlət İmtahan Mərkəzindən (DİM) saytımıza bildirilib ki, bu il rus bölməsi ilə bağlı məlumatlar “Abituriyent” jurnalının rus dilindəki nəşrində ayrıca əks olunub.

"Rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində "Abituriyent 4" jurnalında nəşr olunub", - açıqlamada qeyd edilib.

Beləliklə, rus bölməsinə qəbulun dayandırılmasından söhbət getmir və rus bölməsinə ixtisas seçimi bu il də aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza