“Qanun” nəşriyyatı ilə əməkdaşlıq edənlər də istintaqa çağırılır. Bunu nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu öz rəsmi Facebook səhifəsində qeyd edib: “Dostlar, bizimlə əməkdaşlıq edən bütün yaradıcı heyətin nəzərinə bir məsələni çatdırmaq istəyirəm. Vergilər Nazirliyinin istintaq idarəsi bizimlə əməkdaşlıq edən (daha doğrusu nəşriyyatdan zorla götürülən kağızlarda adları keçən) hər kəsi istintaqa çağırır. Artıq bəzi yazıçı və tərcüməçiyə çağırış vərəqi gəlib. Telefonla çağırıldığınız yaxud çağırış vərəqi aldığınız halda mütləq nəşriyyata bu barədə məlumat verin”.
Misranə Həsənzadə