Modern.az

Müəllimlərin işə qəbulu imtahanında YENİLİK

Müəllimlərin işə qəbulu imtahanında YENİLİK

Təhsil

12 Avqust 2025, 16:51

Ötən illərdən fərqli olaraq müəllimlərin işə qəbulu üzrə azsaatlı vakant yerlər birləşdiriləcək.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, hazırda 2 000-ə yaxın vakant yer tutulmamış qalıb:

“Vakant yerlərin gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır. Ona görə də müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə bağlı yenilik edilir. Vakant yerlərdən biri əsas, digəri isə əlavə iş yeri olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza