Modern.az

Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi

Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi

Təhsil

13 Avqust 2025, 09:28

Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva məhkəməyə üz tutub.

Modern.az-ın məlumatına görə, o, Kollecin hüquqşünası Aynurə Muradovanı məhkəməyə verib.

Kollecin direktoru Aynurə Muradovanın digər əməkdaşlarla münaqişə yaratdığını, etik qaydalara uyğun olmayan davranışları ilə kollecin normal iş prosesinə xələl gətirdiyini bildirib.

Sevinc Həmzəyeva, həmçinin qeyd edib ki, hüquqşünas onun barəsində müxtəlif qurumlara böhtan xarakterli ərizə və məktublar ünvanlayıb, sosial şəbəkələrdə özü və kollec barədə yalan məlumatlar yayıb.

Direktor Ağdam Rayon Məhkəməsindən Aynurə Muradova barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148- ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Ancaq məhkəmədə  şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edib və xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Elnur Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza