Modern.az

DİN-in Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu - Yalnız bu gün...

DİN-in Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu - Yalnız bu gün...

Təhsil

14 Avqust 2025, 09:24

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib. 

Modern.az xəbər verir ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 14 avqust tarixində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu