Modern.az

V qrup üzrə 4704 plan yeri nəzərdə tutulur

V qrup üzrə 4704 plan yeri nəzərdə tutulur

Təhsil

14 Avqust 2025, 11:57

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrində V ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin V ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 1829 və rus bölməsi üzrə 217, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2658 olmaqla cəmi 4704 plan yeri nəzərdə tutulur. 1602 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu