Modern.az

İxtisas seçimi üçün son 1 gün! - Ərizəsini təsdiqləyənlərin sayı AÇIQLANDI

İxtisas seçimi üçün son 1 gün! - Ərizəsini təsdiqləyənlərin sayı AÇIQLANDI

Təhsil

18 Avqust 2025, 09:33

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin başa çatmasına bir gün vaxt qalıb.

Modern.az-ın məlumatına görə, 18 avqust saat 09:15-ə olan məlumata əsasən, 72758 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.

I qrupda 19998 nəfər, II qrupda 16000 nəfər, III qrupda 20911 nəfər, IV qrupda 5510 nəfər ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Qeyd edək ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu