Modern.az

İxtisas seçimi bu gün başa çatır - Hansı qruplarda "sıxlıqdır"...

İxtisas seçimi bu gün başa çatır - Hansı qruplarda "sıxlıqdır"...

Təhsil

19 Avqust 2025, 09:27

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır.

Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, bu gün saat 09:15-dək  81363 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Hazırkı vəziyyətə görə, qruplar üzrə ərizəsini təsdiq edən abituriyentlərin sayı aşağıdakı kimidir:

1-ci qrup: 22536
2-ci qrup: 17844
3-cü qrup: 23203
4-cü qrup: 6373

5-ci qrup: 15589

Müsabiqədə iştirak edənlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında saat 17:00-dək ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal