Modern.az

İxtisas seçimində yanlışlıq edənlərin nəzərinə! - Dəyişdirə bilməyəcəksiz 

İxtisas seçimində yanlışlıq edənlərin nəzərinə! - Dəyişdirə bilməyəcəksiz 

Təhsil

19 Avqust 2025, 13:55

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisas seçimi davam edir və bu gün son gündür. Abituriyentlər 23:59-da ixtisas seçimini yekunlaşdırmalıdırlar.

Qeyd edək ki, ixtisas seçimi zamanı yanlışlıq edən abituriyentlərə ərizələrini ləğv edib yenidən seçim etmə imkanı verilirdi.

Lakin Dövlət İmtahan Mərkəzi bildirib ki, ərizə qəbulunun son günü bu imkan aktiv olmur.

Mərkəz abituriyentlərə tövsiyə edir ki, vaxtında seçimlərini dəqiqləşdirərək ərizəni təsdiqləsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal