Modern.az

200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT

200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT

Təhsil

20 Avqust 2025, 08:48

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb. 86459 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ən şanslı qrup I ixtisas qrupu olub.

"200 balı keçən hər bir abituriyent tələbə olacaq. Hətta böyük sayda plan yerləri boş qalacaq", - o qeyd edib.

Ekspertin sözlərinə görə, ən çətin vəziyyət isə III ixtisas qrupunda müşahidə olunur: "Burada ciddi bal artımı var və bu istiqamətə yenidən baxılması vacib görünür. Bu il abituriyentlər üçün ən rahat qəbul imkanı I qrupda, ən çətin yarış isə III qrupda yaşandı".

Qeyd edək ki, hazırkı vəziyyətə görə, qruplar üzrə ərizəsini təsdiq edən abituriyentlərin sayı aşağıdakı kimidir:

 

1-ci qrup: 23919

2-ci qrup: 19040

3-cü qrup: 24414

4-cü qrup: 6966

5-ci qrup: 16517

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal