Modern.az

MİQ-də rus bölməsi üzrə vakant yerlər azaldılıb? - RƏSMİ CAVAB

MİQ-də rus bölməsi üzrə vakant yerlər azaldılıb? - RƏSMİ CAVAB

Təhsil

20 Avqust 2025, 10:44

Müəllimlərin işə qəbulu zamanı rus bölməsində vakant yerlərin azaldığı iddia edilir.

İddialara görə, Azərbaycan dili fənni üzrə dərs saatları azaldılıb.

Modern.az-ın məlumatına görə, iddidlar sosial şəbəkələr paylaşılıb.

Sözügedən dərs saatlarının Azərbaycan bölməsinin müəllimlərinə verildiyi iddia edilir.

Məsələ ilə bağlı rəsmi açıqlama verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli APA-ya bildirib ki, iddialar həqiqəti əks etdirmir.

O qeyd edib ki, bölmələr üzrə test, müsahibə və vakansiya seçimi mərhələsi ayrılıqda həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal