Modern.az

100 mindən çox məktəbli geyimi satışa çıxarılıb 

100 mindən çox məktəbli geyimi satışa çıxarılıb 

Təhsil

22 Avqust 2025, 12:04

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından, valideynlər övladlarının məktəbə hazırlığı üçün artıq alış-verişə başlayıblar. Bu baxımdan məktəbli geyimlərinə olan tələbatın da artdığı müşahidə edilir.

Hazırda Bakı Tikiş Evi tərəfindən təxminən 100 min ədəd məktəbli forması istehsal olunub və tələbata uyğun olaraq əlavə istehsal da planlaşdırılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Tikiş Evindən məlumat verilib.

Mərkəzin şöbə müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının əsas üstünlüklərindən biri onların təbii parçalardan hazırlanmasıdır:

Bütün köynəklər 100 faiz pambıqdan, digər geyimlər isə 60 faiz yun və 40 faiz polyester qarışığından tikilir.

Formalar Bakı Tikiş Evinin satış mərkəzlərində təqdim olunur və hər birinə 1 il zəmanət verilir. Hazırda 7 satış mərkəzimiz fəaliyyət göstərir”.

E.Əzimov onu da qeyd edib ki, məktəbli formalarının nə qədər istehsal olunub satışa çıxarıldığına dair dəqiq statistika payız aylarında - mövsüm yekunlaşdıqdan sonra müəyyənləşəcək.

Xatırladaq ki, iyul ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarına endirimli qiymətlər tətbiq edilib. Uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə əvvəlki 30 manat əvəzinə 20 manata təklif olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama