Modern.az

Bakı Dövlət Universitetinə qəbul olanların nəzərinə! - Qeydiyyat tarixi AÇIQLANDI

Bakı Dövlət Universitetinə qəbul olanların nəzərinə! - Qeydiyyat tarixi AÇIQLANDI

Təhsil

23 Avqust 2025, 14:31

Avqustun 28-də Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Modern.az-ın məlumatına görə, BDU-nun mətbuat xidmətindən bildirilib ki, abituriyentlər portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 8-də saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama