Modern.az

Xəzər Universitetinin məzunu həmin universitetə rektor TƏYİN EDİLDİ

Xəzər Universitetinin məzunu həmin universitetə rektor TƏYİN EDİLDİ

Təhsil

3 Sentyabr 2025, 10:54

Xəzər Universitetinə yeni rektor təyin edilib.

Modern.az-ın məlumatına görə, qərar ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, Razia İsayeva Universitetinin rektoru təyin olunub.

O, bundan əvvəl universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

Razia İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

1459003

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ