57 saylı Xaçmaz şəhər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda yüksək balla ali məktəblərə qəbul olan tələbələrin mükafatlandırma mərasimi təşkil olunub.
Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə millət vəkili ilə yanaşı İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, YAP rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər.
Toplantıda vurğulanıb ki, Ulu Öndərimiz Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil islahatları konsepsiyasının ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsili davamlı olaraq inkişaf edir.
Dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.
Ölkə rəhbərliyinin təhsil siyasətinin dəstəklənməsi, təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosessində nailiyyətləri olanların həvəsləndirilməsi məqsədi ilə Ağalar Vəliyev tərəfindən mərasimdə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə cari ildə ali məktəblərə qəbul olunarkən 400-500 aralığında bal toplayan 72 tələbəyə, 500-600 aralığında bal toplayan 27 tələbəyə, 600-650 aralığında bal toplayan 7 tələbəyə, 650-700 aralığında bal toplayan 8 tələbəyə, topladığı baldan asıllı olmayaraq tələbə adı qazanan 2 şəhid övladına, ümumilikdə isə 116 nəfərə müxtəlif məbləğlərdə pul mükafatı təqdim edilib.
Tədbir iştirakçıları təhsilin inkişafına, təhsil işçilərinə və tələbələrə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.