Modern.az

Təhsil kreditinə ən çox bu universitetlərin tələbələri müraciət edir - SİYAHI

Təhsil kreditinə ən çox bu universitetlərin tələbələri müraciət edir - SİYAHI

Təhsil

5 Sentyabr 2025, 17:22

Təhsil Tələbə Krediti Fondu 24 iyul tarixindən 2025-2026-cı tədris ilinin payız semestri üzrə müraciət dövrünü açıq elan edib.

Modern.az payız semestri üçün müraciətlərin açıq elan olunduğu tarixindən etibarən bu günə qədər rəsmiləşən müqavilələr üzrə təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan tələbələrin hansı ali təhsil müəssisələrinin tələbələri olduğuna dair məlumat əldə etmək üçün Təhsil Tələbə Kredit Fonduna sorğu ünvanlayıb:

Sorğumuza cavab olaraq Fonddan bildirilib ki, TOP 5 ali təhsil müəssisəsi üzrə rəsmiləşən TTK müraciətləri aşağıdakılardır:

1) Azərbaycan Dövlət İqtisad Universiteti – ümumilikdə 427 rəsmiləşmə - 80 sosial TTK müqaviləsi, 347 standart TTK müqaviləsi;

2) Azərbaycan Texniki Universiteti – ümumilikdə 261 rəsmiləşmə - 46 sosial TTK müqaviləsi, 215 standart TTK müqaviləsi;

3) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – ümumilikdə 237 rəsmiləşmə - 66 sosial TTK müqaviləsi, 171 standart TTK müqaviləsi;

4) Bakı Avrasiya Universiteti - ümumilikdə 219 rəsmiləşmə - 97 sosial TTK müqaviləsi, 122 standart TTK müqaviləsi;

5) Azərbaycan Dövlət Pedaqoji Universiteti – ümumilikdə 211 rəsmiləşmə - 62 sosial TTK müqaviləsi, 149 standart TTK müqaviləsi;

Nəticə olaraq, Təhsil Tələbə Kreditindən ən çox yararlanan ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universitetidir.

Qeyd edək ki, bu statistik göstəricilər artan dinamika ilə dəyişməkdədir. Müraciətlərin davam etdiyi nəzərə alınaraq, rəqəmlərdə hər günlərdə də artım müşahidə olunur.

Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər 28 avqust-08 sentyabr tarixləri aralığında təhsil qeydiyyat proseslərini portal.edu.az üzərindən tamamlayarkən, paralel olaraq Fonda məxsus e-ttkf.edu.az portalına müraciət edərək təhsil tələbə kreditlərinə müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular