Modern.az

Təhsilin idarəedilməsində əsas problemlər…

Təhsilin idarəedilməsində əsas problemlər…

Təhsil

7 Sentyabr 2025, 14:26

Yeni dərs ili ərəfəsində düşüncələr

Təhsil hər zaman cəmiyyətin diqqət mərkəzində olan və ən çox müzakirə edilən, tənqid olunan sahələrdən biridir. Bəzən bir nəfərlə bağlı neqativ fikir ümumi sistemə aid edilərək bütün təhsil ictimaiyyətinin ünvanına yönəldilir. Təhsildəki vəziyyət haqqında obyektiv fikir demək üçün bilikli, savadlı olmaq azdır, gərək bu prosesin içərisində olasan.

Təhsilin idarəetmə sistemində  əqidəsinə, şəffaf fəaliyyətinə və vicdanına inandığım, əmin olduğum insanlar var. Ona görə də hamını günahlandırmağı doğru hesab etmirəm. 

Bununla belə, müşahidələr göstərir ki, bir çox uğursuzluqların əsas səbəbi təhsilin idarə olunmasında mövcud boşluqlar və kadrların məqsədyönlü, nəticəyönümlü fəaliyyət göstərə bilməməsidir. Qaldırılan məsələlərə, suallara vaxtında aydınlıq gətirilməməsi, susqunluq nümayiş etdirilməsi narazılıqları daha da artırır.

Hazırda təhsilimizin idarəedilməsində əsas problemlərin aşağıdakılardan ibarət olduğuğunu düşünürəm:
 

1. İdarəetmədə peşəkar kadr problemi;

2. Yeni lider kadrların formalaşması üçün şərait yaradılmır;

3. Strategiya və planlamada qeyri-müəyyənlik;

4. Təhsildə illər üzrə prioritetlər və hədəflər məlum deyil;

5. Müəssisələrdə real vəziyyət, nöqsanlar hərtərəfli öyrənilib müzakirə edilmir;

6. Keyfiyyətə aid olmayan hesabatçılıq yaradıcılığı əvəzləyib;

7. Sistemdə bir-birinə inamsızlıq hökm sürür;

8. İdarəedənlər ictimayyətlə əlaqə saxlamır;

9. İnkişafetdirici istiqamətdə lazımı tövsiyyə, göstərişlər veilmir;

10. Qabaqcıl iş təcrübəsinə biganəlik, onlara stimul verilməməsi;


Bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biri olaraq  öz tarixinin ən şanlı dövrünü yaşayır. Dayanıqlı, uğurlu gələcəyimiz təhsilimizlə bağlıdlr.  Niyə biz dünyaya öz MİLLİ TƏHSİL BRENDİMİZLƏ çıxmayaq. Bunun üçün insan kapitalı, siyasi iradə, maddi imkanlar və bütün resurslar yetərincədir. Qalır bunları düzgün dəyərləndirmək.

Təhsili idarə edənlər həmişə düzgün müəyyən edilmiş hədəflərə doğru təhsil müəssisələrində işin təşkili, fəaliyyətin gedişi və əldə olunan nəticələri vaxtında, obyektiv qiymətləndirməyi bacarmalı, onu inkişafetdirici istiqamətdə, daim irəli çəkən canlı "lift mexanizmi" rolunu yerinə yetirməlidir.  

Yeni dərs ilinin başlanmasına bir neçə gün qalır. Bütün sahələrdədə gələcək inkişafı, həyat səviyyəmizi müəyyən edən təhsilimizin inkişafı yolunda hamıya uğurlar arzulayıram!


Vahid Tağıyev,
Qabaqçıl təhsil işçisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular