Modern.az

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı - Görüntülər

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı - Görüntülər

Təhsil

8 Sentyabr 2025, 17:59

On ilə yaxındır ki, “Nar”la Modern.az saytının ənənəvi olaraq həyata keçirdiyi bu təşəbbüs təhsilə verilən önəmi bir daha nümayiş etdirir. 

Mobil operator Modern.az saytı ilə birlikdə 2024–2025-ci tədris ilində qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk 10 abituriyenti mükafatlandırıb.

Layihə çərçivəsində tələbə adını qazanan gənclərə “Nar” tərəfindən qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar təqdim olunub.

Tədbirdə dövlət qurumlarının təmsilçiləri, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.

Proqramın bədii hissəsində isə “Ümid var” İnklüziv Yaradıcılıq Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvləri musiqi və rəqs ifaları ilə çıxış edərək mərasimə rəng qatıb.

“Nar”ın baş icraçı direktoru Qunnar Panke çıxışında qeyd edib ki, təhsilə dəstək ölkənin gələcəyinə edilən ən dəyərli investisiyadır.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı isə bu layihənin növbəti illərdə də davam etdiriləcəyini bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?