Modern.az

Bakıdakı bu liseyin 34 məzunu Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub

Bakıdakı bu liseyin 34 məzunu Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub

Təhsil

9 Sentyabr 2025, 17:16

2025-ci il Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunları üçün uğurlu olub.

Modern.az xəbər verir ki, Bakı Türk Liseyini 2025-ci ildə bitirən məzunlardan 34 nəfər YTB təqaüdü ilə Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub.

Onlardan əlavə, 17 məzun “Üstün başarı bursu” qazanıb.

“Məzunlarımızdan 17 nəfəri tibb, 13 nəfəri mühəndislik, 4 nəfəri isə digər ixtisaslara qəbul olunub. Məzunlarımızı bu təqaüdə layiq görən YTB nümayəndələrinə təşəkkürümüzü bildirir, uğur qazanan gənclərimizə təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq”, - deyə Bakı Türk Liseyinin açıqlamasında bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?