Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəlaliyyət növündən digərinə asanlıqla keçirir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər.
Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin gətirdiyi çətinlikləri keçə bilmək üçün uşaqlarının həkimi, psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.Hiperaktiv uşaqların valideynlərinin nəzərinə
Hiperaktiv uşaqlar həm vaildeynlərə, həm də ailənin digər üzvlərinə böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət veririk:
- Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi, yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni saatlarda müəyyən edin.
- Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir.
- Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.
- Öyrənmə çatışmazıqları varsa pedaqoji üsullar tədbiq olunur. Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər. Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin bu onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu onların hiperaktivliyindən irəli gəlir.
Modern.az