Modern.az

Sabah yağıntılı və dəyişkən buludlu hava şəraiti olacaq

Sabah yağıntılı və dəyişkən buludlu hava şəraiti olacaq

Təhsil

9 Aprel 2014, 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacaq. Şimşək çaxma ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək .

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

    Modern.az  
Sizə yeni x var
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə