Modern.az

Aytən Mustafayeva: “Mühacirlərin Azərbaycana gəlişi ilə bağlı problemlər var”

Aytən Mustafayeva: “Mühacirlərin Azərbaycana gəlişi ilə bağlı problemlər var”

Təhsil

10 Aprel 2014, 12:08

Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutu, Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq konfrans keçirilib. Modern.az-ın verdiyi xəbərə görə, konfransda çıxış edən İnsan Haqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva deyib ki, Azərbaycan son dövrlər yeni iş yerləri verən ölkə kimi maraqlıdır:  “Ona görə də mühacirlərlə çox ciddi işlər görməliyik. Xaricdə yaşayan azərbaycanlıların hüquqları prioritet məsələdir. Azərbaycan tranzit ölkə olduğu kimi tranzit mühacirlər problemi ilə üzləşirik. Mühacirlərin Azərbaycana gəlişi ilə bağlı problemlər var. Bu məsələlərlə bağlı birgə işlər  görməliyik"

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri əvəzi Serhan Aktopraksa isə miqrasiya prosesinin təhlükəsizlik təminatının yaradılmasından danışıb: “Əcnəbilərin hüquqlarının beynəlxalq normalara uyğun tam təmin edilməsi Azərbaycan üçün vacib məsələ olduğunu yaxşı bilirik. Azərbaycan dövlətinin göstərdiyi səyləri yüksək qiymətləndiririk. Azərbaycanda miqrasiya balansı mənfi olan ölkədir. Azərbaycanda miqrasiya prosesi getdikcə artır. Statistikaya əsasən deyə bilərəm ki, 2011-ci ildə mühacirlərin sayı 5 milyon 700 min nəfər, 2013-cü ildə isə 6 milyon 800 min nəfərə çatıb”.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev miqrasiya məsələsinin nəinki Azərbaycanda, eləcə də dünyada  aktual olduğunu diqqətə çatdırıb. “2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin yaradılması zərurəti ortaya çıxdı. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük miqrasiya ilə üz-üzə qaldı. Eyni zamanda soydaşlarımız erməni qəsbkarlığı nəticəsində yerlərini tərk etdilər. Hətta Məhsəti türklərinə sığınacaq verildi. Beləliklə Azərbaycan 1 milyon miqrant ordusu ilə üz-üzə qaldı. Heydər Əliyevin və İlham Əliyevin uğurlu siyasəti nəticəsi olaraq bu işlərin öhdəsindən gəlməyə çalışırıq. Əvvəllər bir tikə çörək qazanmaq üçün xaricə üz tutanların sayı çox idi. İndi isə gedənlərin çoxu ölkəmizə qayıdır. Eyni zamanda, əcnəbilər işləmək üçün Azərbaycana cəlb olunur. Ona görə də Miqrasiya Xidməti yarandığı gündən miqrantların və onların ailə üzvlərinin hüquqlarını qorumağı ön plana çəkib”.

Namidə Bingöl

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?