Modern.az

Qorbaçov onun həbsini istəyənləri vicdansız adlandırdı

Qorbaçov onun həbsini istəyənləri vicdansız adlandırdı

10 Aprel 2014, 13:10

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qarbaçov Rusiya Dövlət Dumasının bir qrup deputatının onunla bağlı Rusiyanın baş prokuroruna müraciət etməsinə münasibət bildirib. Modern.az saytı “İnterfaks”a istinadən xəbər verir ki, M. Qarbaçov bu addımı əsassız və ağılsız hərəkət hesab edib. Onun sözlərinə görə, bu cür çağırışlar şəxsi piar kampaniyasının elementləridir: “Bu, tamamilə düşünülməmiş çağırışdır və tarixi faktlar nöqteyi-nəzərindən əsassızdır. Mən kimə mane oluram, başlayırlar mənə qarşı danışmağa. Bir müddət öncə də mənim ölüm xəbərimi yaymışdılar. Bu cür insanlarda vicdan yoxdur”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının bir neçə fraksiyasının deputatı baş prokuror Yuri Çaykaya SSRİ-nin prezidenti Mixail Qorbaçovun fəaliyyətinin araşdırılması ilə bağlı sorğu göndəriblər. Onlar SSRİ-nin dağılmasında Qarbaçovu təqsirkar bilməklə onu ABŞ-ın casusu olmaqda ittiham ediblər.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər