Modern.az saytı xəbər verir ki, ali məktəblərə qəbul üçün aprelin 6-da keçirilmiş sınaq imtahanının nəticələri elan olunub. Abiturientlər imtahan nəticələrini öyrənmək üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq tanış ola bilərlər.
Nəticələrə aşağıdakı linkə daxil olmaqla baxmaq olar:
//eservices.tqdk.gov.az/netsinaq/
Xatırladaq ki. imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.
Sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb.