Modern.az

Gültəkin Hacıbəyli: "...bir axmaq mənim haqqımda yazıb ki..."

Gültəkin Hacıbəyli: "...bir axmaq mənim haqqımda yazıb ki..."

12 Aprel 2014, 11:37

Keçmiş deputat Gültəkin Hacıbəyli adını çəkmədiyi adama Facebook vasitəsilə ismarış yollayıb. Musavat.com-un məlumatına görə, sabiq deputat yazıb:

“Bu gün adını burda yazmağa layiq bilmədiyim bir axmaq yazıb ki, mən qocaldığım üçün depressiya keçirirəm)))))))))))). Mənim 40 yaşım var və həyatımın hər bir günü ilə qürur duyuram. Əminəm ki, 80 yaşımda daha çox qurur duyacağam. O zaman nəvələrim, nəticələrim olacaq və hətta o zaman da depressiyaya düşməyəcəyəm. Bəzilərinin anası-bacısı yəqin heç yaşlanmır, ya hamısı cavan ölür, ya da həmişə 25 yaşında qalırlar. Biz normal insanlar olduğumuz üçün, qocalırıq və hətta nə zamansa öləcəyik də. Ancaq səmimi olaraq deyim ki, mən elə özümü 25 yaşımda olduğumdan fərqli hiss etmirəm. "Ölümsüz Koşşeylərə" məndən indicə çəkdiyim bir selfie də hədiyyə olsun))))))))))))))))))))”.

Gültəkin Hacıbəylinin paylaşdığı son fotonu da təqdim edirik:



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?