Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 13-də sınaq imtahanları keçirir.
TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanlar Bakı, Gəncə, Mingəçevr, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 14 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 8283 abituriyent qeydiyyatdan keçib. Qeyd edək ki, bu sınaq imtahanında abituriyentlərə təqdim olunacaq test tapşırığı nümunələri aprelin 6-da keçirilmiş sınaq imtahanının təkrarıdır.
Modern.az