Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov ilk dəfə Kollegiya iclasına qatılıb. Modern.az-ın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı toplantısında E. Aslanov şöbə müdilərinin sırasında yer alıb.
Qeyd edək ki, şəkilləri jurnalist İlahə Vəliyeva çəkərək öz bloqunda yerləşidirib.
Xatırladaq ki, Elnur Aslanov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Onun adı “nurçu”luqda hallandırılır və buna görə vəzifəsindən azad olunduğu iddia edilir.
Modern.az