Modern.az

DİN Milli Qəhrəman oğlunun düşdüyü qəza barədə məlumat yaydı

DİN Milli Qəhrəman oğlunun düşdüyü qəza barədə məlumat yaydı

22 Aprel 2014, 13:00

Daxili İşlər Nazirliyi Milli Qəhrəman oğlunun düşdüyü yol qəzası barədə məlumat yayıb. Məlumata görə, aprelin 22-də Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri - Sənan Şükürovun idarə etdiyi "Lexus" və Asya Paşayevanın idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə S.Şükürov, A.Paşayeva və sərnişini, Kəlbəcər rayon sakini Elxan Sarıyev xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama