Modern.az

Həkim: “Arif Yunusun vəziyyəti orta ağır olaraq qalır” - AÇIQLAMA

Həkim: “Arif Yunusun vəziyyəti orta ağır olaraq qalır” - AÇIQLAMA

29 Aprel 2014, 11:17


“Arif Yunusun vəziyyəti orta ağır olaraq qalır. Təzyiqi, gemodinamikası stabildir. Arterial təzyiqin qalxması fonunda ensoflapatiya(ürəkbulanma, baş gicəllənməsi, ümumi halsızlıq) olub, edilən müdxilələr nəticəsində artıq düzəlir. Həyatı təhlükəsi yoxdur.” Bunu Modern.az-a açıqlamasında 1 saylı Klinik Tibbi Mərkəzin həkimi Südabə Həsənova xəstəxanaya yerləşdirilmiş A.Yunusun vəziyyəti ilə bağlı məlumat verərkən bildirib.

 Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirova “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlayandan sonra hüquq müdafiəçisi Leyla Yunusun da həbsi gündəmə gəlib. L.Yunus və onun həyat yoldaşı Qətərə yola düşərkən aeroportda saxlanılıb.  Arif Yunusun vəziyyəti kəskin pisləşdiyindən təcili yardım maşını onu 1 saylı Klinik Tibbi Mərkəzə aparıb.

 

Gülşən Raufqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir