Modern.az

TQDK II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini elan edib

TQDK II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini elan edib

Təhsil

13 May 2014, 17:22


TQDK mayın 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 13-də saat 17:00-dan etibarən açıqlayıb. Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına (//eservices.tqdk.gov.az/netbak/) daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. Abituriyentlər öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Misranə Həsənzadə  

 
Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum