Modern.az

İnternetdə 207 milyona yaxın sayt var

İnternetdə 207 milyona yaxın sayt var

18 İyun 2010, 14:49

Netcraft analitik şirkəti internetdə veb-saytların sayına dair 1 iyun 2010-cu il tarixinə olan vəziyyət üzrə hesabat dərc etdirib. Belə ki, hesabatda cari ilin iyun ayında Qlobal Şəbəkədə 206 milyon 956 min 723  saytın fəaliyyət göstərdiyi qeyd olunur.

Bu ay veb-serverlər qarışıq dinamika nümayiş etdirib: beş əsas veb-serverlərdən ikisində xidmət göstərilən layihələrin sayı artıb, qalan üç serverdə isə əksinə saytların azalması qeydə alınıb.

Son ay ərzində ən iri artım Google-da müşahidə olunub ki, Blogger.com bloq servisinin artan fəallığı nəticəsində bu serverdə daha 3 milyon sayt yaradılıb. Həmçinin müsbət artım dinamikasını 1,8 milyon yeni resursla Microsoft IIS serveri göstərə bilib.

Ən iri mənfi dinamika nginx serverində qeydə alınıb. Burada xidmət göstərilən saytların sayı 2,2 milyona düşüb. Dünya üzrə veb-serverlər bazarının 54 faizinə sahiblik edən Apache serverində resurs bazası 871 000 saytadək enib. Lighttpd serverinin müvafiq payı isə 0,08 faiz enərək 0,82 faiz olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər