Çernoqoriya, İslandiya, Norveç, Albaniya və Lixtenşteyn Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyanı dəstəkləyən ölkələr siyahısına qoşulublar.
ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Birliyinin (AB) diplomatiyasının başçısı Ketrin Eştonun adından yayılmış məlumatda bildirlir.
Çernoqoriya və İslandiya AB-yə girməyə namizəd ölkələrdir, Albaniya potensial namizəddir, Norveç və Lixtenşteyn isə Avropa iqtisadi zonasının və Avropa azad ticarət assosiasiyasının üzvüdür.
Bu dövlətlər AB-nin “qara siyahısına” düşmüş Rusiya məmurlarına, iş adamlarına və şirkətlərinə qarşı viza və iqtisadi məhdudiyyətlər tətbiq edilməsi barədə elan veriblər.