Donestkdə yük maşınına raket mərmisinin düşməsi nəticəsində təxminən 30 nəfər ölüb. Musavat.com xəbər verir ki, məlumatı “Rossiya 24” telekanalı yayıb.
İnsident Donetsk şəhərinin Kiyev prospektində, “Maqnoliya” mağazasının yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, hərbi “KamAZ” hava limanı istiqamətində hərəkət edirmiş. Helikopterdən atılan raket mərmisinin düşməsi nəticəsində yük maşını aşıb.Ölənlərin dəqiq sayı və “KamAZ”ın kimə məxsus olduğu məlum deyil.
Modern.az