Modern.az

FHN Dövlət Yanğın Təhlükəsizliyi Xidməti müşavirə keçirib

FHN Dövlət Yanğın Təhlükəsizliyi Xidməti müşavirə keçirib

Təhsil

27 May 2014, 15:06

Dövlət Yanğın  Nəzarəti Xidmətinin  Xaçmazda keçirdiyi «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda  regional seminar-müşavirədə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Şimal bölgəsini əhatə edən rayonların bələdiyyə,  fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunub.

Seminar-müşavirədə qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı söhbət açılıb, həmçinin yanğına qarşı təbliğat işinə geniş yer verilib, “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri”, “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında mühazirələr dinlənilib. Tədbirdə dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi  qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb, yanğına qarşı təbliğat xarakterli video-stend nümayiş etdirilib. Şimal bölgəsində keçirilmiş tədbirdə Tailandda istehsalal olunmuş avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimi də olub, tədbir iştirakçılarına, həmçinin yerli televiziya kanallarına  avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.






Hikmət Xudiyev,
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu