Modern.az

Rusiya Ukraynada döyüşə qafqazlıları göndərir - FOTOLAR

Rusiya Ukraynada döyüşə qafqazlıları göndərir - FOTOLAR

Təhsil

27 May 2014, 16:34

Ukraynada terrorçulara qarşı əməliyyatlarla bağlı operativ informasiya qrupunun rəhbəri Vladislav Seleznyov ölkənin şərqində hökumət qüvvələrinə qarşı döyüşənlərin arasında kifayət qədər Qafqaz millətlərindən olduğunu təsdiqləyib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Seleznyov bunu böhran media mərkəzində telefonla keçirdiyi brifinqdə söyləyib: “Bizim əlimizdə yaraqlılar arasında kifayət qədər qafqazlının olduğu barədə məlumat var. Ancaq deyə bilmərəm ki, onlar çeçenlər, yaxud digər millətin nümayəndələridir”.

Onun sözlərinə görə, ölkənin Şərqində terror əleyhinə əməliyyatların aktiv mərhələsi davam edir. Seleznyov bir daha onu da qeyd edib ki, əməliyyatlar yalnız terrorçulara qarşı aparılır.  

Qeyd edək ki, bu dəqiqələrdə də Donetskdəki beynəlxalq hava limanında terrorçuların olduğu, onların mühasirədən çıxmağa cəhd göstərdiyi, lakin Ukrayna güc strukturlarının buna imkan vermədiyi bildirilir. Digər məlumata görə, Donetsk şəhərinin özündə də partlayış, atışma səsləri eşidilməkdədir.

Bu arada Ukraynanın müvəqqəti hakimiyyəti dünyanın aparıcı dövlətlərinə müraciət edərək Rusiya qarşısında bu ölkəyə terrorçu göndərməyi dayandırmaqla bağlı tələb irəli sürməyi xahiş edib.












Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu