Ermənistan prezidenti Serj Sərkisyan Ukraynanın yeni seçilmiş dövlət başçısı Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, S. Sərkisyan Ukraynda prezident seçkilərində qalib gələn oliqarx P. Poroşenkoya uğurlar arzulayıb. O, Ukrayna ilə Ermənistanın əməkdaşlığının inkişaf etdirilməsinin də vacibliyini vurğulayıb.
Qeyd edək ki, Ermənistan Rusiyanın Krımı işğal etməsini də dəstəkləmişdi. Rəsmi Yerevan BMT-də Ukraynanın ərazi bütövlüyü ilə bağlı səs qoyulan qətnamədə Rusiyanın lehinə səs vermişdi.Belə bir vəziyyətdə Rusiyadan asılı olan və Moskvanın siyasi çətiri altında hərəkət edən Ermənistanın P. Poroşenkonu təbrik etməsi təəccüb doğurmaya bilməz.
Modern.az